İnter və Yuventus'dan qələbə

  • 11 Aprel 2021 23:01
  • 39

İtaliya A Seriyasında 30-cu turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

Lider “İnter” bu turda doğma meydanda “Kalyari”ni sınağa çəkib və minimal hesabla qalib gəlib. “Yuventus” ev oyununda “Cenoa”ya qalib gəlibsə, “Napoli” də “Sampdoriya” ilə qarşılaşmada 2 cavabsız qolla məğlub edib. Paytaxt təmsilçilərindn “Latsio” səfərdə “Verona”ya, “Roma” isə evdə “Bolonya”ya minimal hesabla qalib gəlib. Beş qolun qeydə alındığı “Fiorentina” – “Atalanta” matçında isə qonaqlar çətin qələbə qazanıb.

İtaliya A Seriyası, 30-cu tur

10 aprel

Spetsiya – Krotone 3:2
Qol
: Verde, 63. Maggiore, 89. Erliç, 90+2 – Djidji, 40. Simi, 78.

Parma – Milan 1:3
Qol
: Qaqlyolo, 66 – Rebiç, 8. Kessye, 44. Rafael Leao, 90+4.

Udineze – Torino 0:1
Qol
: Belotti, 61-pen.

11 aprel

İnter – Kalyari 1:0
Qol
: Darmian, 77.

Yuventus – Cenoa 3:1
Qol
: Kuluşevski, 4. Morata, 22. Makkenni, 70 – Skamakka, 49.

Sampdoriya – Napoli 0:2
Qol
: Ruis, 35. Osimhen, 87.

Verona – Latsio 0:1
Qol
: Milinkoviç-Saviç, 90+2.

Roma – Bolonya 1:0
Qol
: Mayoral, 44.

Fiorentina – Atalanta 2:3
Qol
: Vlahoviç, 57; 66 – Sapata, 13; 40. İliçiç, 70-pen.