Ronaldo bu dəfə formasını yerə atdı

  • 12 Aprel 2021 07:26
  • 70

 "Yuventus"un futbolçusu Kriştiano Ronaldo formasını yerə atıb.

Corner.az-ın məlumatına görə, bu, Turin təmsilçisinin evdə "Cenoa"ya 3:1 hesabı ilə qalib gəldiyi A Seriyasının 30-cu tur matçından sonra baş verib. Onun bu hərəkətinin səbəbi hələlik bilinmir.

Qeyd edək ki, Martın 27-də Ronaldo Portuqaliya millisinin heyətində Serbiya ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyunundan sonra kapitan sarğısını yerə çırpıb. 36 yaşlı hücumçu bu addımı vurduğu qolu hollandiyalı referi Denni Makkelinin hesaba almamasına etiraf əlaməti kimi atıb.

Əlavə edək ki, Kriştiano Ronaldo cari mövsümdə 27 oyuna 25 qol vurub və 3 məhsuldar ötürmə verib. Hazırda "Yuventus" 62 xalla 3-cü pillədə qərarlaşıb.