Di Natele baş məşqçi oldu

  • 12 Aprel 2021 21:22
  • 54

İtaliya milli komandasının sabiq futbolçusu Antonio Di Natale C Seriyasında komanda çalışdıracaq.

Corner.az xəbər verir ki, 43 yaşlı keçmiş hücumçu “Karrareze”yə baş məşqçi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya millisinin sabiq üzvü daha əvvəl “Spetsiya” klubunda məşqçi kimi çalışıb.

Di Natale 2015-ci ildə futbolçu karyerasını bitirib

“Karrareze” C Seriyasında 40 xalla 15-ci sıradadır.