Yuventus'dan əzmkar qələbə

  • 2 May 2021 23:22
  • 23

İtaliya A Seriyasında 34-cü turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, bazar günü baş tutan “Bolonya” – “Fiorentina”, “Napoli” – “Kalyari” və “Sassuolo” – “Atalanta” matçlarında qalib müəyyənləşməyib.

Yeddi qolun qeydə alındığı “Latsio” – “Cenoa” matçı meydan sahibləri çətin qələbə qazanıb. Paytaxtın digər təmsilçisi “Roma” isə səfərdə “Sampdoriya”ya məğlub olub.

“Yuventus” da bu turda səfərdə “Udineze”nin qonağı olub. Kristiano Ronaldonun dubl etdiyi bu matçda Turin təmsilçisi qələbə qazanıb.

İtaliya A Seriyası, 34-cü tur

1 may

Verona – Spetsiya 1:1
Qol
: Salsedo, 46 – Saponara, 86.

Krotone – İnter 0:2
Qol
: Eriksen, 69. Hakimi, 90+2.

Milan – Benevento 2:0
Qol
: H.Çalhanoğlu, 6. T.Ernandes, 60.

2 may

Latsio – Cenoa 4:3
Qol
: Korrea, 30; 56. İmmobile, 43-pen. L.Alberto, 48 – Maruşiç, 47-öz qapısına. Skamakka, 80. Şomurodov, 81.

Bolonya – Fiorentina 3:3
Qol
: Palasio, 31; 71; 84 – Vlahoviç, 21; 74. Bonaventura, 64.

Napoli – Kalyari 1:1
Qol
: Osimhen, 13 – Nandes, 90+4.

Sassuolo – Atalanta 1:1
Qol
: Berardi, 52 – Qosens, 32.

Udineze – Yuventus 1:2
Qol
: Molina, 10 – Ronaldo, 83-pen; 89.

Sampdoriya – Roma 2:0
Qol
: A.Silva, 45. Yankto, 65.