A Seriyasında het-trik edən ən yaşlı futbolçu

  • 3 May 2021 17:47
  • 43

"Bolonya” İtaliya A Seriyasının 34-cü turunda doğma meydanda “Fiorentina” ilə qollu bərabərə qalıb – 3:3.

Corner.az xəbər verir ki, sözügedən qarşılaşmada het-trik edən “Bolonya”lı Rodriqo Palasio turnirin tarixinə düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı hücumçu A Seriyası tarixində het-trik edən ən yaşlı futbolçu olub. Bundan əvvəlki rekord Silvio Pioliyə aid idi. Sabiq hücumçu 1950-ci ildə, 37 yaş 51 günlüyündə het-trik etmişdi.