Kriştiano Ronaldo tarixi uğura imza atdı

  • 13 May 2021 10:07
  • 63

"Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo komandanın tarixinə düşüb.

Corner.az-ın məlumatına görə, 36 yaşlı hücumçu buna A Seriyasının 36-cı turunda "Sassuolo"nu 3:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

Matçda ikinci qola imza atan Ronadlo Turin təmsilçisinin heyətində 100-cü dəfə fərqlənib. Portuqaliyalı futbolçu "Yuventus"da bu uğuru 3 mövsüm ərzində gerçəkləşdirə bilən yeganə futbolçudur.

"Qoca sinyora"nın oyunçuları əvvəllər 100-cü qola ən azı 4 mövsümdə çata bilib.

Ronaldo həmçinin 3 fərqli komandada 100 qol vuran ilk futbolçu kimi də tarixə düşüb. O, daha əvvəl "Real Madrid" və "Mançester Yunayted" klubunda eyni uğuru təkrarlayıb.

Qeyd edək ki, Kriştiano Ronaldo cari mövsüm bütün turnirlərdə 35 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.