Milan irqçiliyə görə prokurorluğa müraciət edir

  • 14 Sentyabr 2021 10:10
  • 27

İtaliyanın "Milan" klubu A Seriyasında 4-cü turun "Latsio" ilə oyununda baş verən irqçiliklə bağlı prokurorluğa müraciət edəcək.

Corner.az klubun tvitter səhifəsinə istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçi Tyemue Bakayokonun matçda azarkeşlərin irqçi təhqirlərinə məruz qalması olub.

O, qarşılaşmadan sonra dərisinin rəngindən qürur duyduğunu söyləyib.

Qeyd edək ki, görüş "Milan"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.