İnter xal itirdi, Milan'dan qələbə

  • 26 Sentyabr 2021 01:46
  • 40

 İtaliya A Seriyasında 6-cı turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Açılış matçında “Milan” səfərdə “Spetsiya”nın qonağı olub və qələbə qazanıb.

Milanın digər təmsilçisi “İnter” isə doğma meydanda “Atalanta”nı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Altı qolluq “Cenoa” – “Verona” görüşü də heç-heçə bitib.


İtaliya A Seriyası, 6-cı tur

25 sentyabr

Spetsiya – Milan 1:2
Qol
: Verde, 80 – Maldini, 48. B.Dias, 86.

İnter – Atalanta 2:2
Qol
: L.Martines, 5. Dzeko, 71 – Malinovski, 30. Toloy, 38.

Cenoa – Verona 3:3
Qol
: Krişito, 77; 80. Destro, 85 – Simeone, 8. Barak, 49. Kaliniç, 90+1.