Şerif'in qələbələri təsadüf deyil

  • 19 Oktyabr 2021 16:12
  • 49

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasında Moldovanın “Şerif” komandasına qarşı keçirəcəkləri oyunla bağlı açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı italyan mütəxəssis, “Şerif”in qələbələrinin təsadüfi olmadığını deyib:

“Şerif”in qələbələri təsadüf deyil. Bilirik ki, onlar oyunlara böyük həvəs və istəklə meydana çıxırlar. İtaliyaya da bu hisslərlə gəliblər.

“Şerif” dərin müdafiə olunacaq və bizi əks-hücumlarda üstələmək istəyəcək. Yaxşı hücum qurmalıyıq. Oyunun əhəmiyyətini və xal qazanmağın vacibliyini dərk edirik”.

Bu gün keçiriləcək “İnter” – “Şerif” matçı saat 23:00-da başlayacaq.