Yuventus'un zədəlisi sıraya döndü

  • 20 Oktyabr 2021 00:38
  • 44

"Yuventus”un zədəli futbolçusu Matteys de Liqt sağalıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
21 yaşlı müdafiəçi artıq komanda ilə məşqlərə başlayıb. Niderlandlı futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Zenit"lə (Rusiya) görüşdə meydana çıxması gözlənilir. Belə ki, baş məşqçi Massimiliano Alleqri sözügedən oyun üçün açıqladığı iştirak ərizəsinə de Liqtin da adını daxil edib.
 
Oktyabrın 20-də keçiriləcək “Zenit" - "Yuventus" matçına saat 23:00-da start veriləcək.