40 yaşdan sonra oynamaq asan deyil

  • 24 Noyabr 2021 19:46
  • 50

"Milan”ın futbolçusu Zlatan İbrahimoviç açıqlama verib.

Corner.az xəbər verir ki, “The Guardian” nəşrinə danışan isveçli hücumçu, 40 yaşında futbol oynamağın elə də asan olmadığını deyib:

“40 yaşdan sonra oynamaq asan deyil. Hər səhər duranda bütün bədənim ağrıyır. Lakin mənim hədəflərim var və oynamağa davam edirəm. Bacardığım müddətdə oynamağa davam edəcəm”.