Napoli xal itirdi, İnter və Milan'dan qələbə

  • 2 Dekabr 2021 09:24
  • 48

Futbol üzrə İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
Lider “Napoli” səfərdə “Sassuolo”nun qonağı olub. Neapol təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.
 
İkinci pillədə qərarlaşmış “Milan” isə səfərdə “Cenoa”nın qonağı olub. Milan təmsilçisi rəqibinə böyük hesabla qalib gələrək liderlə arasında xal fərqini azaldıb.
 
Son çempion “İnter” doğma meydanda “Spetsiya”nı sınağa çəkib və məğlub edib. “Roma” isə “Bolonya” ilə səfər oyununda məğlubiyyətə üzləşib.
 
İtaliya A Seriyası
15-ci tur
30 noyabr
 
Atalanta – Venetsiya 4:0
Qol: Paşaliç, 7; 12; 67. Kopmeyners, 57.
 
Fiorentina – Sampdoriya 3:1
Qol: Kallexon, 23. Vlahoviç, 32. Sottil, 45 – Qabbyadini, 15.
 
Salernitana – Yuventus 0:2
Qol: Dibala, 21. Morata, 70.
 
Verona – Kalyari 0:0
 
1 dekabr
 
Bolonya – Roma 1:0
Qol: Svanberq, 35.
 
İnter – Spetsiya 2:0
Qol: Qalyardini, 36. L.Martines, 58-pen.
 
Cenoa – Milan 0:3
Qol: İbrahimoviç, 10. Messias, 45+2; 61.
 
Sassuolo – Napoli 2:2
Qol: Skamakka, 72. Ferrari, 89 – F.Ruis, 51. Mertens, 60.