Vlahoviç Ronaldonun uğurunu təkrarladı

  • 20 Dekabr 2021 14:39
  • 108

“Fiorentina”nın futbolçusu Duşan Vlahoviç yeni uğura imza atıb. Corner.az xəbər verir ki, serbiyalı hücumçu A Seriyasının 18-ci turunun “Sassuolo” ilə matçında (2:2) fərqlənərək, 2021-ci ildə çempionatda vurduğu qolların sayını 33-ə çatdırıb.
 
21 yaşlı hücumçu bu göstəricidə “Yuventus”un sabiq futbolçusu, hazırda “Mançester Yunayted”in uğurları üçün çalışan Kriştiano Ronaldonun göstəricisini təkrarlayıb. 36 yaşlı hücumçu “Yuventus”la  A Seriyasında 33 qol vurmuşdu.
 
Vlahoviç növbəti görüşdə daha bir qol vurarsa Ronaldonun rekordunu yeniləmiş olacaq. O, bu mövsüm A Seriyasında 18 qolla bombardirdir.