İtaliya klubu baş məşqçisiz qaldı

  • 17 Yanvar 2022 14:30
  • 61

İtaliyanın "Sampdoriya" klubu baş məşqçisi Roberto D'Aversa ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

İtaliyalı mütəxəssisi 2016 - 2019-cu illərdə "Sampdoriya"nı çalışdıran Marko Campaolonun əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, "Sampdoriya" A Seriyasında 22 oyundan sonra 20 xalla 15-ci pillədə qərarlaşıb.