Yuventus uduzdu, İnter liderliyə yüksəldi

  • 2 Dekabr 2019 10:19
  • 52

 İtaliya A Seriyasında 14-cü turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, turun əksər görüşləri bazar gününə təsadüf edib.

Yuventus” öz meydanında “Sassuolo”nu qəbul edib. Turin təmsilçisi bu oyunda xal itkisi ilə ayrılıb. Bundan maksimum yararlanan “İnter” SPAL-la oyunda qalib gələrək, liderliyə yüksəlib. 

“Milan” da “Parma” ilə qarşılaşmada minimal hesablı qələbə qazanıb. “Napoli” isə öz meydanında “Bolonya” ilə qarşılaşıb və məğlub olub.“Latsio” evdə “Udineze”ni, “Roma” səfərdə “Verona”nı məğlub edib.

İtaliya A Seriyası
14-cü tur

30 noyabr

Breşiya – Atalanta 0:3
Qol: Paşaliç, 26; 61. İliçiç, 90+2.

Cenoa – Torino 0:1
Qol: Bremer, 77.

Fiorentina – Leççe 0:1
Qol: La Mantiya, 49.

1 dekabr

Yuventus – Sassuolo 2:2
Qol: Bonuççi, 20. Ronaldo, 68-pen – Boqa, 23. Kaputo, 47.

İnter – SPAL 2:1
Qol: L.Martines, 16; 41 – Valoti, 50.

Latsio – Udineze 3:0
Qol: İmmobile, 9; 36-pen. L.Alberto, 45+1-pen.

Parma – Milan 0:1
Qol: T.Hernandes, 88.

Napoli – Bolonya 1:2
Qol: Lyorente, 41 – Olsen, 58. Sansone, 80.

Verona – Roma 1:3
Qol: Faraoni, 21 – Kluyvert, 17. Perotti, 45. Mxitaryan, 90+2.