Hamburq'un futbolçusu azarkeşlə dalaşdı - VİDEO

  • 15 Sentyabr 2020 10:24
  • 53

"Hamburq" klubunun futbolçusu Toni Leystner azarkeşlə dalaşıb. 

Corner.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi ölkə kubokunun ilkin mərhələsində "Dinamo Drezden"ə 1:4 hesabı ilə uduzduqları matçdan sonra tribunaya tərəf gedib.

Almaniyalı futbolçu bir qrup fanata fiziki təzyiq göstərdikdən sonra aşağı düşüb. 

Qeyd edək ki, Toni Leystner 2010 - 2014-cü illərdə "Dinamo"da çıxış edib. Leystner "Hamburq"a bu ilin avqustunda keçib.