Nuri Şahinin rekordu qırıldı

  • 15 Sentyabr 2020 15:55
  • 56

 “Borussiya Dortmund”un futbolçusu Jud Bellinqem klubu üçün yeni rekord müəyyənləşdirib.

Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi buna Almaniya kubokunun 1/32 finalında “Duysburq”la matçda (5:0) nail olub. 17 yaş 77 günlüyündə olan futbolçu görüşün 30-cu dəqiqəsində fərqlənməklə klub tarixinə qol vuran ən gənc oyunçusu kimi düşüb.

Bunadək rekord Nuri Şahinə məxsus idi. Türkiyəli oyunçu 2005/06 mövsümündə 17 yaş 82 günlüyündə fərqlənmişdi.

Qeyd edək ki, 17 yaşlılardan ibarət İngiltərə millisinin də üzvü olan Jud Bellinqem ötən mövsüm “Birminqem Siti”nin heyətində  də qol vuran ən gənc futbolçu olub.(qol)


SON YÜKLƏNƏNLƏR

Lill'dən inamlı qələbə

26 Sentyabr 2020 09:47

PSJ-də yeni qapıçı

26 Sentyabr 2020 09:44

İnter'dən Sampdoriya'ya

26 Sentyabr 2020 09:42

Lester'dən Trabzonspor'a

25 Sentyabr 2020 22:27

Məşhur futbolçunun bacılarını döydülər

DAVAMI