Bavariya'da Levandovski sevinci

  • 12 Aprel 2021 15:03
  • 79

“Bavariya”nın futbolçusu Robert Levandovskinin zədəsi artıq sağalmağa başlayır.

Corner.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda, 32 yaşlı hücumçunun artıq fərdi məşqlərə başladığı bildirilib.

Levandovski mart ayında Polşa milli komandasının Andorraya qarşı keçirdiyi oyunda (3:0) sıradan çıxmışdı.

Levandovski “Bavariya”nın sabah PSJ ilə qarşılaşacağı Çempionlar Liqası matçını buraxacaq.