Borussiya'dan Halandla bağlı açıqlama

  • 3 May 2021 14:33
  • 52

“Borussiya” klubunun (Dortmund) idman direktoru Sebastyan Kel komandanın hücumçusu Erlinq Halandın gələcəyi ilə bağlı açıqlama verib.

Corner.az xəbər verir ki, “Sport1” telekanalına danışan Kel, 20 ya.l; futbolçunun komandada qalacağını bildirib:

“Halandın yeni mövsümdə “Borussiya”da olacağını düşünürəm. O, bizimlə olmaqdan razıdır və komandada qalmaq istəyir”.

Qeyd edək ki, norveçli futbolçu bu mövsüm Almaniya Bundesliqasında 26 oyunda 25 qol vurub.