Bavariya'nın futbolçusu həbs oluna bilər

  • 13 Oktyabr 2021 19:58
  • 57

Almaniyanın "Bavariya" komandasının futbolçusu Lukas Hernandesi 1 ilədək həbs cəzası gözləyir.

Corner.az AS nəşrinə istinadən məlumatına görə, 25 yaşlı müdafiəçi məhkəmənin çıxardığı qərarı icra etməməkdə günahlandırılır.

Bu səbəbdən fransalı futbolçu oktyabrın 19-da yenidən hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Lukas Hernandes 2017-ci ildə İspaniya "Atletiko"sunda oynayarkən sevgilisinə hücum edib. Bundan sonra məhkəmə futbolçunun rəfiqəsinə yaxınlaşmasına qadağa qoyub. Lakin oyunçu bir müddət sonra sevgilisi ilə tətilə yollanıb