Bavariya'nın futbolçusu koronavirusa yoluxdu

  • 24 Noyabr 2021 17:56
  • 41

Almaniyanın "Bavariya" klubunun futbolçusu Erik Şupo-Motinqdə koronavirus aşkarlanıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu karantinə alınıb.

 Münhen təmsilçisi kamerunlu futbolçunun durumunun yaxşı olduğunu bildirilib.

Qeyd edək ki, Erik Şupo-Motinq 2020-ci ildən "Bavariya"da çıxış edir.