İrqçilik oyunu təxirə saldı

  • 20 Dekabr 2021 13:20
  • 92

Almaniyanın 3-cü liqasında keçirilən “Duysburq” – “Osnabryuk” matçı qonaq komandanın futbolçusuna qarşı irqçiliyə görə təxirə salınıb.

Corner.az xəbər verir ki, buna meydan sahiblərinin azarkeşlərinin rəqib futbolçu Aron Opokuya qarşı irqçilik etməsi səbəb olub.
Matçın 36-cı dəqiqəsində 22 yaşlı qana əsilli alman hücumçu fanatlar tərəfindən meymun səsləri çıxardaraq irqçiyə məruz qoyublar. Bundan sonra matçın baş hakimi hər iki komandanı paltardəyişmə otağına yollayıb və görüşü təxirə salıb.
Bu, Almaniya futbol tarixində irqçiliyə görə təxirə salınan ilk matç olub