Dadaşov qol vursa da ...

  • 24 Noyabr 2022 11:01
  • 45

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 10-cu turdan təxirə salınmış oyun keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Proyssen Munster”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib- 1:3.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da Dadaşov vurub. O, 7-ci dəqiqədə hesabı açmaqla bu mövsüm vurduğu qolların sayını 6-ya çatdırıb.
 
“Şalke”nin ikinci komandası 17 turdan sonra 26 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.