PSJ-nin prezidenti rüşvət verməkdə ittiham olunur

  • 20 Fevral 2020 17:44
  • 60

İsveçrə Baş Prokurorluğu PSJ-nin prezidenti və "BeIN Media Group"un sahibi  Nasser Əl-Xəlafini korrupsiya cinayətində ittiham edib.

Corner.az goal.com-a istinadən xəbər verir ki, qətərli iş adamının  FİFA-nın keçmiş baş katibi Jerom Valkenin rüşvət verdiyi bildirilib.

İsveçrə Baş Prokurorluğu hesab edir ki, J. Valke rüşvət qarşılığında 2013 - 2015-ci illərdə FİFA-dakı vəzifəsindən sui-istifadə edərək, 2018, 2022, 2026 və 2030-cü ildəki dünya çempionatının oyunlarının  yayımlamaq hüququnu "BeIN Media Group"un əldə etməsinə köməklik göstərib. Keçmiş baş katibin bunun müqabilində 1,25 milyon avro rüşvət aldığı iddia olunur.

Prokurorluğun bildirdiyinə görə, N.Əl-Xəlaifi teleyayım hüquqlarına yiyələnmək üçün Valkeyə Sardiniyada villa hədiyyə edib.(qol)