PSJ-nin baş məşqçisi Mbappe-dən danışdı

  • 31 İyul 2020 13:43
  • 36

PSJ-nin baş məşqçisi Tomas Tuçel etiraf edib ki, komandasının hücumçusu Kilian Mbappenin Çempionlar Liqasının matçlarına qədər bərpasına inanır.

Bu barədə Corner.az RMC-yə istinadən xəbər verir.

Hücumçu "Sent-Etyen"lə Fransa Kubokunun final matçı zamanı zədə alıb. O birinci hissədə əvəz edilib. Tibbi müayinə topuğun zədəsini aşkarlayıb. Matç PSJ-nin minimal - 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Bəli, mən hələ buna inanıram, amma bu kiçik möcüzə olacaq. Bu aydındır", - mütəxəssis bildirib.

Avqustun 12-də PSJ Çempionlar Liqasının dörddə bir finalında İtaliya "Atalanta"sı ilə oynayacaq.(report)


SON YÜKLƏNƏNLƏR

Olimpiyakos'dan Liverpul'a

10 Avqust 2020 23:54

Prosineçki'nin yeni klubu

10 Avqust 2020 23:51

Azərbaycanlı futbolçu iki həftə komandasına kömək edə bilməyəcək

DAVAMI