PSJ - Marsel oyununda kütləvi dava - VİDEO

  • 14 Sentyabr 2020 10:48
  • 122

Fransa Liqa 1-də III turun PSJ - "Marsel" matçı kütləvi dava ilə yekunlaşıb. 

Corner.az-ın məlumatına görə, toqquşmaya yerli komandanın müdafiəçisi Leandro Paredesin rəqib futbolçuya qarşı kobud oyunu səbəb olub. Nəticədə meydanda ara qarışıb. 

Baş hakim Jerom Brizar argentinalı oyunçuya, onun komanda yoldaşı Leven Kürzavaya, həmçinin, qonaqlardan Jordan Amavi və Dario Benedettoya qırmızı vərəqə göstərib. Sonradan Brizar PSJ-nin hücumçusu Neymarı da meydandan qovub. Video-görüntülərə baxıldıqda braziliyalı forvardın "Marsel"in müdafiəçisi Alvaro Qonsalesin boynunun arxasına yumruq zərbəsi endirdiyi üzə çıxıb. "Sambaçı" qırmızı vərəqə almasına etiraz edərək ispaniyalı oyunçunun ona qarşı irqçi ifadələr səsləndirdiyini bildirib. 

Qeyd edək ki, görüş "Marsel"in qələbəsi ilə yekunlaşıb - 1:0.(report)