PSJ-də İkardi şoku

  • 16 Oktyabr 2020 23:57
  • 67

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Mançester Yunayted”lə qarşılaşacaq  PSJ bu oyuna ciddi itki ilə çıxacaq.
 
Corner.az xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Mauro İkardi “qırmızı şeytanlar”a qarşı oynamayacaq.
 
Bu barədə klubun baş məşqçisi Tomas Tuxel bəyan edib. O, İkardinin zədədən əziyyət çəkdiyini və bir müddət məcburi istirahət edəcəyini söyləyib. Baş məşqçinin sözlərinə görə, 27 yaşlı futbolçu  Liqa 1 çərçivəsində “Nim”lə görüşdə də forma geyinməyəcək.
 
Qeyd edək ki, İkardi bu mövsüm Fransa çempionatında meydana çıxdığı 4 oyunda 2 qola imza atıb.
 
PSJ – “Mançester Yunayted” matçı oktyabrın 20-də keçiriləcək.