PSJ-dən darmadağın

  • 17 Oktyabr 2020 09:29
  • 41

Fransa çempionatında 7-ci turun oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
 
Turun açılış matçında “Renn” səfərdə “Dijon”un qonağı olub. Bu oyunda tərəflər hərəyə 1 qolla 1 xalla ayrılıblar. PSJ isə səfərdə “Nim”lə üz-üzə gəlib və darmadağınla qalib gəlib.
 
Fransa Liqa 1
7-ci tur
16 oktyabr
 
Dijon – Renn 1:1
Qol: Balde, 53 – Terrye, 24.
 
Nim – PSJ 0:4
Qol: Mbappe, 32; 83. Florensi, 78. Sarabiya, 88.