Lion səfərdə Monako'ya qalib gəldi

  • 2 May 2021 23:35
  • 29

Fransa çempionatında 35-ci turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Nim” – “Reyms” matçı heç-heçə bitib. “Bordo” “Renn”ə, “Loryan” “Anje”yə qalib gəlib.

“Brest” evdə “Nant”a, “Dijon” da “Mets”ə böyük hesabla məğlub olub. “Monpelye” də “Sent-Etyen”lə ev oyununda uduzub.

Turun mərkəzi görüşü Monakoda baş tutub. Ardıcıl beş oyundur qələbə qazanan “Monako”nun bu dəfə doğma meydanda “Lion”la qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyun da qonaqlar çətin qələbə qazanıb.

Fransa Liqa 1, 35-ci tur

30 aprel

Marsel – Strasburq 1:1
Qol
: Benedetto, 86 – Mitroviç, 73.

1 may

PSJ – Lans 2:1
Qol
: Neymar, 33. Markinyos, 59 – Qanaqo, 61.

Lill – Nitsa 2:0
Qol
: B.Yılmaz, 13. Z.Çelik, 56.

2 may

Bordo – Renn 1:0
Qol
: Mara, 11.

Brest – Nant 1:4
Qol
: Fevr, 83 – Simon, 15. Blas, 27. Luza, 56. Kulibali, 62.

Dijon – Mets 1:5
Qol
: Balde, 48 – Queye, 37. Sarr, 42. Şafik, 71-öz qapısına. Vaqner, 82. Bronn, 85.

Loryan – Anje 2:0
Qol
: Vissa, 44-pen. Lemoyne, 48.

Nim – Reyms 2:2
Qol
: Ripar, 47. Kone, 71 – Mbuku, 30. Flips, 80.

Monpelye – Sent-Etyen 1:2
Qol
: Delor, 6 – Hamuma, 16. Debuşi, 50.

Monako – Lion 2:3
Qol
: Folland, 25. Ben Yedder, 86-pen – Depay, 57. Marselo, 77. Çerki, 89.