Monako - Lion matçından sonra futbolçular arasında kütləvi dava olub

  • 3 May 2021 08:57
  • 30

Fransa çempionatının 35-ci turunda “Monako” və “Lion” komandaları qarşılaşıb.

Corner.az-ın məlumatına görə, Monakonun “Lui II” stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Matçı Kleman Turpenın başçılıq etdiyi hakim briqadası idarə edib.

Qeyd edilir ki, hakimin final fitindən sonra meydançada xoşagəlməz hadisə baş verib. Belə ki, komandaların futbolçuları arasında dava olub. Qarşıdurmanın səbəbi hələlik məlum deyil. Fransa mətbuatın məlumatına görə, hadisə ilə bağlı dörd futbolçuya - “Monako”nun oyunçuları Villem Jebelə və Pyetro Pelleqriyə, “Lion”dan isə De Şılyo və Marseloya qırmızı kart göstərilib. Qeyd edək ki, oyun zamanı qonaqların daha bir oyuncusu – Kakere də meydandan qovulub.

Xatırladaq ki, 35 oyunda 71 xal yığan “Monako” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Aktivində 70 xalı olan “Lion” isə dördüncü yerdədir.(report)