PSJ-nin yeni transferi koronavirusdan sağaldı

  • 21 İyul 2021 14:20
  • 34

PSJ-nin futbolçusu Əşrəf Hakimi koronavirusa qalib gəlib.

Corner.az xəbər verir ki, 22 yaşlı müdafiəçi artıq Paris komandasının məşqlərinə qoşulub. Bu barədə o “instagram” hesabında paylaşım edib.

İyulun 17-də Hakiminin koronavirusa yoluxduğu bildirilmişdi.

Hakimi iyulun 7-də İtaliya “İnter”indən 70 milyon avro qarşılığında PSJ-yə transfer olunub.