İlk oyun hər zaman emosional alınır – Donnarumma

  • 14 Sentyabr 2021 10:30
  • 32

PSJ-nin yeni transferi Canluici Donnarumma “Klermon”a qarşı keçirilən oyunda debüt edib.

Corner.az xəbər verir ki, 22 yaşlı qapıçı debütü ilə bağlı PSJ-nin rəsmi saytına fikirlərini bölüşüb:

“İlk oyun hər zaman emosional alınır. Debütüm çox yaxşı alındığını düşünürəm. Xüsusilə, azarkeşlərimizin göstərdiyi dəstəyi qeyd etmək istərdim. İnanılmaz atmosfer yaratmışdılar. Buna görə onlara minnətdaram”.

PSJ – “Klermon” matçı 4:0 hesabıyla bitib.