Ramos'la birlikdə olmaq möhtəşəmdir - Messi

  • 24 Noyabr 2021 19:23
  • 57

PSJ-nin futbolçusu Lionel Messi komanda yoldaşı Serxio Ramos haqda danışıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu, Ramosla birlikdə olmağın möhtəşəm olduğunu deyib:

“Uzun illər Ramosla rəqabətdə olmuşuq. O, “Real”ın, mən də “Barselona”nın kapitanı idim və dəfələrlə meydanda döyüşmüşük. Amma artıq hər şey orda qaldı. Nə qədər rəqabətdə olsaq da, hər zaman bir-birimizə hörmət etmişik.

Bu gün Ramosla bir yerdə olmaq mənim üçün möhtəşəmdir. Onun ən yaxın zamanda oynayacağına ümid edirəm. Ramosun məqsədlərimizə çatmaq üçün bizə çox köməyi dəyəcək”.