Payet'ə su şüşəsi atan azarkeş həbs olundu

  • 24 Noyabr 2021 19:31
  • 46

 “Lion” - "Marsel" matçında baş verən hadisələrlə bağlı "Lion" klubunun bir azarkeşi həbs olunub.

Corner.az xəbər verir ki, “Marsel”lə Liqa 1 matçında rəqib komandanın yarımmüdafiəçisi Dmitri Payetə su şüşəsi atan və oyunun yarımçıq dayandırılmasına səbəb olan fanat 6 aylıq həbs olunub. Bu barədə “RMC Sport” telekanalı məlumat yayıb.

Bununla yanaşı, azarkeşin “Lion”un stadionuna girməsinə 5 illik qadağa qoyulub. Azarkeş həmçinin 3 min avro məbləğində də cərimələnib.