PSJ xal itirdi, Lion uduzdu

  • 2 Dekabr 2021 10:03
  • 64

Fransa çempionatında 16-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
 
Lider PSJ doğma meydanda əsas izləyicilərindən biri olan “Nitsa”nı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb. İkinci pillədə qərarlaşmış “Renn” isə evdə son çempion “Lill”i qəbul edib. Üç qolun qeydə alındığı bu oyun qonaqlar qələbə qazanıb.
 
Lion “Olimpik”i Reymsi qəbul edib və gözlənilməz məğlubiyyətə üzülüb. Marsel “Olimpik”i səfərdə “Nant”ın qonağı olub və minimal hesabla qələbə qazanıb. "Monako" isə səfərdə "Anje"nin qonağı olub və qalib gəlib.
 
Fransa, Liqa 1
16-cı tur
1 dekabr
 
Anje – Monako 1:3
Qol: Nubel, 55-öz qapısına – Boadu, 25. Diop, 45. Disasi, 73.
 
Brest – Sent Etyenn 1:0
Qol: Fevr, 64-pen.
 
Mets – Monpelye 1:3
Qol: De Preville, 70 – Savanye, 36. Mavididi, 45+1. Vahi, 48.
 
Strasburq – Bordo 5:2
Qol: Tomasson, 22. Qameyro, 43. Ayorke, 45+1; 65. Linard, 48 – Huanq, 7. Elis, 57.
 
Trua – Loryan 2:0
Qol: Ripar, 7. Kuame, 34.
 
Klermon – Lans 2:2
Qol: Maqnin, 41. Bayo, 65 – Qastyen, 12-öz qapısına. Fofana, 47.
 
Olimpik (Lion) – Reyms 1:2
Qol: Ekambi, 66 – Faes, 56. Ekitike, 90+2.
 
Nant – Olimpik (Marsel) 0:1
Qol: Jerson, 30.
 
PSJ – Nitsa 0:0
 
Renn – Lill 1:2
Qol: Burijo, 85 – Şeka, 31. Sançes, 45.