PSJ Veynaldumu itirdi

  • 17 Yanvar 2022 14:24
  • 57

Fransanın PSJ klubu ciddi itkiylə üzləşib. Corner.az xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Corcinyo Veynaldum sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Fransa çempionatının 21-ci turunun “Brest”lə matçında (2:0) ayaq biləyindən zədələnən 31 yaşlı niderlandlı yarımmüdafiəçi azı 3 həftə yaşıl meydanlardan kənar qalacaq.