PSJ'dən əzmkar qələbə

  • 5 Fevral 2023 10:53
  • 50

Fransa çempionatında 22-ci tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Lider PSJ doğma meydanda “Tuluza”nı qəbul edib və  əzmkar qələbəyə sevinib. Dörd qolluq “Trua” - “Olimpik” (Lion) və “Renn” - “Lill” matçlarında isə qonaqlar qələbəyə sevinən tərəf olub.

Fransa, Liqa 1
22-ci tur
4 fevral

PSJ – Tuluza 2:1
Qol: Hakimi, 38. Messi, 58 – Van de Bomen, 20.

Trua – Olimpik (Lion) 1:3
Qol: R.Lopes, 62 – Barsola, 43. Çerki, 59. Lakazet, 90+2.

Renn – Lill 1:3
Qol: Quiri 1 – Jeqrova, 59. Kabelya, 85. A.Qomes, 90+3.