Liqa 1 klubu yenə baş məşqçisiz qaldı

  • 8 Fevral 2023 15:40
  • 46

Fransanın “Monpelye” klubu baş məşqçi Romain Pitau və köməkçiləri Paskal Bayle ilə Frederik Mendinin istefaya göndərildiyini açıqlayıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İstefaya Liqa 1 təmsilçisinin zəif nəticələri səbəb göstərilib. Belə ki, “Monpelye” Fransa çempionatının 22-ci turunda “Strasburq”a uduzub – 0:2. Komanda hazırda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
 
Ötən ilin oktyabrında komandadan göndərilən Olivye Dallolyonu müvəqqəti olaraq Romain Pitau əvəz etmişdi. Daha sonra onun baş məşqçi kimi təyinatı rəsmiləşmişdi.
 
Fransalı mütəxəssisin rəhbərliyi altında 12 matça çıxan “Monpelye” 2 qələbə qazanıb, 2 “sülh”ə razılaşıb və 8 dəfə məğlub olub.