PSJ "Bavariya"nın futbolçusu ilə razılaşdı

- 25 May 2023 14:47
- 43
PSJ "Bavariya"nın futbolçusu Luka Hernandesi transfer edəcək.
Corner.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Tərəflər artıq keçidlə bağlı prinsipial razılığa gəliblər.
Bu mövsüm 27 yaşlı müdafiəçi Bundesliqada 7 oyun keçirib. O, çarpaz bağ yırtığına görə bərpa prosesi keçir.
Fransa millisinin də üzvü olan Luka 2019-cu ildən Münhen təmsilçisndə oynayır.