Monako - PSJ oyunu təxirə salındı

  • 1 Dekabr 2019 19:17
  • 48

Fransa Liqasının 15-ci turunda bu gecə keçirilməli olan "Monako" - PSJ oyunu təxirə salınıb.

Corner.az-ın Fransa Peşəkar Futbol Liqasının saytına istinadən xəbərinə görə, buna səbəb əlverişsiz hava şəraiti olub. Qarşılşmanın hansı günə keçiriləcəyi daha sonra müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, PSJ hazırda 33 xalla 1-ci, "Monako" 18 xalla 14-cüdür.