Tottenhem klubunda koronavirusa yoluxma halı aşkarlandı

  • 3 İyun 2020 22:11
  • 56

İngiltərənin "Tottenhem" klubu koronavirus testlərinin nəticəsini açıqlayıb.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda üzvlərindən birində virusun simptomları aşkarlanıb.

Adı açıqlanmayan şəxs növbəti test mərhələsinədək karantinə alınıb.

Bu Premyer Liqa klubları arasında son analizlərdə yeganə yoluxma faktıdır.

Qeyd edək ki, İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.