Onunla görüşmək Papa ilə görüşə bərabərdir

  • 28 İyul 2020 13:10
  • 48

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Yunayted"in sabiq çalışdırıcı Aleks Fergüsson haqda danışıb.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Fergüssonla ilk görüşünü xatırladıb: "Tanış olduğum ilk şotlandiyalı mütəxəssis idi. Birlikdə yemək yedik. O, bu görüşümüzü nə qədər xatırlayır bilmirəm, amma mənim çox yaxşı yadımdadır. Fergüssonla tanışlıq Papa (red - Roma Papası) ilə görüşə bərabər idi".

Xatırladaq ki, Y.Klopp İngiltərə Məşqçilər Birliyi tərəfindən ölkədə ən yaxşı məşqçi seçilib.(qol)


SON YÜKLƏNƏNLƏR

Atletiko Xamesi istəyir

5 Avqust 2020 18:56

İvanoviçin yeni klubu

5 Avqust 2020 17:19

Millimizin baş məşqçisindən Qurban bayramı təbriki - FOTO

DAVAMI