Zabaleta karyerasını başa vurdu

  • 16 Oktyabr 2020 19:52
  • 26

Argentina millisinin və Mançester Siti'nin sabiq futbolçusu Pablo Zabaleta karyerasını başa vurub.

Corner.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə "Twitter" hesabından məlumat verib. O, 18 ildən sonra futbolla vidalaşdığını bildirib.

Qeyd edək ki, Pablo Zabaleta son olaraq "Vest Hem"də formasını geyinib. 2014-cü ildə Braziliyadakı dünya çempionatında gümüş medal qazanan oyunçu İngiltərənin "Mançester Siti" və İspaniyanın "Espanyol" komandalarında da çıxış edib.