Liverpul'da ciddi itki

  • 17 Oktyabr 2020 09:32
  • 21

“Liverpul” Premyer Liqanın 5-ci turu çərçivəsində qarşılaşacağı “Everton”la oyuna ciddi itki ilə çıxacaq.
 
Corner.az xəbər verir ki, Nabi Keyta bu oyunda “qırmızılar”a kömək edə bilməyəcək.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçinin fiziki hazırlığı qənaətbəxş hesab olunmur. Bu səbədən də məşqçilər korpusu bu oyunda Keytanın xidmətindən yararlanmayacaq.
 
Qeyd edək ki, “Liverpul” “Everton”la bu gün səfərdə üz-üzə gələcək.