Mourinyo'dan Alli açıqlaması

  • 27 Yanvar 2021 18:59
  • 45

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçi Delle Allinin klubdakı gələcəyi haqda danışıb.

Corner.az xəbər verir ki, 58 yaşlı mütəxəssis, "Sky Sports"a açıqlamasında 24 yaşlı futbolçunun London təmsilçisində saxlamaq istədiklərini deyib: “Delenin qalacağını gözləyirəm və bu barədə transfer pəncərəsinin əvvəlindən bəri danışırdım. Düşünmürəm ki, kimsə "Tottenhem"dən gedəcək və ya klub bu qış kimisə alacaq. Transfer pəncərəsi tezliklə bağlanacaq, bir şeyin olacağına inanmıram",

Qeyd edək ki, ingiltərəli futbolçu bu mövsüm 12 matçda 2 qol vurub, eyni sayda qolun ötürməsini verib.


SON YÜKLƏNƏNLƏR

Azərbaycan atleti finala yüksəldi

DAVAMI