Mançester Siti De Bruyne ilə bağlı qərarını verdi

  • 22 Fevral 2021 10:06
  • 48

"Mançester Siti"nin futbolçusu Kevin de Bruynenin klubdakı gələcəyinə müəyyənləşib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər" 29 yaşlı yarımmüdafiəçini komandanın heyətində saxlamağa qərar verib. Premyer Liqa klubu belçikalı futbolçunu yay transfer pəncərəsində satmayacaq.

Kevin de Bruynenin "Mançester Siti" ilə müqaviləsi 2023-cü ildə başa çatacaq. Lakin klub ona yeni anlaşma təklif etməyi planlaşdırır.

Qeyd edək ki, De Bruyne bu mövsüm 24 oyunda 3 qol vurub və 15 qolun ötürməsini verib.


SON YÜKLƏNƏNLƏR

Azərbaycan atleti finala yüksəldi

DAVAMI