Əvvəllər daha çox münaqişə yaradırdım - Mourinyo

  • 24 Fevral 2021 08:21
  • 31

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo karyerasındakı mənfi məqamlardan danışıb.

Corner.az ESPN-ə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis açıqlamasında əvvəllər neqativ hallarla daha çox məşğul olduğunu deyib:

"Əvvəllər olduğum kimi bir məşqçi deyiləm. Düşünmürəm ki, bu qədər sakit, özümə arxayın olardım. Bildiyiniz kimi, karyeramda çox pis anlar yaşamamışam. Ancaq bəzi problemlər hər hansı bir klubda hər hansısa bir baş məşqçinin qarşısına çıxır. Mən belə vəziyyətlərdə çox emosional davranırdım və qərar verməmişdən əvvəl başqalarına və ya özümə kömək etmək əvəzinə münaqişə halları yaradırdım

Bir misal çəkəcəyəm. Çempion olmaq üçün "Çelsi"dən ayrıldım. Təcrübəli insanların mənfi şeylərlə qarşılaşmaq ehtimalları daha yüksəkdir. Mən indi sakitəm, duyğularımı idarə edirəm. Mənim təbiətim dəyişməyib. Əlbəttə ki, məğlub olanda xoşbəxt olmuram. Ama təcrübə bunun öhdəsindən gəlməyə kömək edir. Ona görə də özümü çox inamlı hiss edirəm. "Tottenhem"in tarixinə pis yox, yaxşı bir nəticə ilə düşəcəyimə inanıram".

Qeyd edək ki, Mourinyo 2019-cu ildən "Tottenhem"i çalışdırır.


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI