Everton'da yeni müqavilə

  • 24 Fevral 2021 21:31
  • 31

 “Everton” klubu müdafiəçisi Lukas Din ilə müqavilənin müddətini uzadıb.
 
Corner.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayında başa çatacaq yeni müqavilə imzalanıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, fransalı sol cinah müdafiəçisi 2018-ci ildən “Everton”da çıxış edir.
 
Din İngiltərə təmsilçisində indiyə qədər 97 matça çıxıb və 5 qol vurub.

SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI