Liverpul'un iki futbolçusuna "meymun" dedilər

- 7 Aprel 2021 13:42
- 48
"Liverpul" klubunun futbolçuları Trent Aleksander-Arnold və Nabi Keyta "Real"a uduzduqları Çempionlar Liqasının 1/4 finalının ilk matçından sonra irqçiliyə məruz qalıb.
Corner.az-ın "Sky Sports"a istinadən verdiyi məlumatına görə, hər iki oyunçuya "İnstaqram"da meymun emojisi ilə birlikdə çoxsaylı şərhlər yazılıb. Sosial şəbəkə məsələni araşdırmağa başlayıb.
Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə bitib. Aleksander-Arnold Mersisayd təmsilçisinin buraxdığı ikinci qolda səhvə yol verib. Keyta isə birinci hissədən sonra əvəzlənib. Komandalar arasındakı cavab oyunu aprelin 14-də olacaq.