Pepe Çelsi ilə oyundan danışdı

  • 7 Aprel 2021 15:08
  • 30

Portuqaliyanın “Portu”nun futbolçusu Pepe Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Çelsi”yə qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçi, komandada yaxşı atmosfer olduğunu bildirib:

“Çelsi” ilə iki oyunumuz olacaq. Bunu diqqətdə saxlayaraq, oynamalıyıq. Komandamızın vəziyyəti çox yaxşıdır. “Çelsi”nin nələri bacaracağını yaxşı bilirik. Komandamızda möhtəşəm atmosfer var.

“Çelsi” güclü futbolçulardan ibarət böyük komandadır. Onlara hörmət edirik. “Çelsi”nin dəyəri 700 milyon avrodur, lakin meydanda mübarizə aparan pul deyil”.

Qeyd edək ki, bu gün keçiriləcək “Portu” – “Çelsi” matçı saat 23:00-da start götürəcək.


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI